Təhsil Nazirliyi: Orta məktəb dərslikləri yeni məzmunda hazırlanıb

Təhsil Nazirliyi: Orta məktəb dərslikləri yeni məzmunda hazırlanıb Yeni tədris ili üzrə 11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb.
Bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib.
Qeyd edək ki, orta məktəblərin şagirdləri dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər. Proses sentybarın 3-dən başlayıb və hazırda davam edir.
Yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Tehsil-press.az

Oxşar xəbərlər