ABŞ türk pilotlarına təlim verməkdən imtina etdi

ABŞ türk pilotlarına təlim verməkdən imtina etdi ABŞ Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə əlaqədar olaraq Türkiyədən F-35 qırıcıları üçün pilotların daha təlimlərə qəbul edilməməsi barədə qərar verib.
Bu haqda "Röyters” agentliyi bildirib.
Qərar Amerikanın Arizona ştatında Lyuk aviabazasında təlimə başlamalı olan pilotlara toxunacaq.
Hazırda Amerika təyyarə bazasında Türkiyədən dörd pilot təlim keçir. Türkiyədən yeni pilotların və texniki personalın qəbulu Ankaranın S-400-lə bağlı qərarını dəyişəcəyi halda bərpa oluna bilər.
Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib. ABŞ və NATO ölkələri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib.
Uzaq məsafəli zenit raket sistemi - S-400 “Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini bildirib ki, S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də silahlanmaya daxil olub.

Tehsil-press.az

Oxşar xəbərlər