Səfir: Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların davam etdirilməsini alqışlayır

Səfir: Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların davam etdirilməsini alqışlayır Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır və danışıqlar prosesinin davam etdirilməsini alqışlayır.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında Tehsil-press.az-n ATƏT Minsk qrupu həmsədrlərinin nizamlanma prosesində növbəti addımları barədə sualına cavab olaraq deyib.
Səfir əlavə edib ki, həmsədrlər bu məsələ ilə bağlı öz təkliflərinin təfərrüatlarını açıqlamır:
“Bir müddət əvvəl həmsədrlərin bəyanatında humanitar sahə və təhlükəsizliyin dəstəklənməsi barədə vurğulanıb. Hələlik məlum olan budur ki, xarici işlər nazirləri yaxın zamanlarda görüşmək təklifini qəbul edib. Dəqiq tarix görüş ərəfəsində açıqlanacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər