
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda estoniyalı həmkarı Sven Mikserlə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu sənəd üzərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri səviyyəsində Sankt-Peterburqda birgə görüş zamanı iş aparılıb: "Hazırda bu sənəd danışıqlar masasında əsas sənəd olaraq qalır”.
Azərbaycanın XİN rəhbəri qeyd edib ki, aprelin 29-da Moskvada ermənistanlı və rusiyalı həmkarları ilə görüşündə danışıqlar prosesinin irəliləməsi məsələsini müzakirə edib.
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərini şərh edən E.Məmmədyarov deyib: “Mən indi həmsədrlərin hansı təkliflərlə Bakıya gələcəyini deyə bilmərəm”.
O bildirb ki, həmsədrlər hazırda Ermənistanda səfərdədirlər: “Gözləyək görək, onlar Ermənistandan Bakıya hansı mesajla gələcəklər”.
Nazir qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ üzrə substativ danışıqların başlanmasını istəyir:
“Azərbaycanın mövqeyi dəyişməz olaraq alır. Status-kvo dəyişməlidir, belə ki, onun saxlanılmasının hansı fəsadlara yola aça biləcəyi hamıya məlumdur”.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 19-da Azərbaycana səfər edəcklər.
Təhsil-press.az