Murad Köhnəqala həbs edildi

Murad Köhnəqala həbs edildi Tanınmış yazıçı Murad Köhnəqala həbs olunub. Bu barədə həyat yoldaşı Şəlalə Göytürk sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, Tovuz Rayon Məhkəməsi Murad Köhnəqaladan 12 min manat aliment tələb edib:
"Yaşları 20-dən yuxarı əqli və fiziki qabiliyyətləri olan 3 adam - Muradın keçmiş həyat yoldaşı və qızının tələbləri ilə məhkəmə bu cür ədalətsizliyə qərar verib".
Qeyd edək ki, məhkəmə qərarı ilə Murad Köhnəqala 15 günlük həbs edilib. ​
***
Ş. Göytürk məsələylə bağlı kulis.az-a açıqlama verib.
O bildirib ki, Muradın keçmiş həyat yoldaşı və qızının dediyinə görə, aliment yığılıb 12 min manata gəlib çatıb:
"Tələb olunub ki, pulu yerindəcə ödəsin. Murad isə deyib ki, işsizdir, körpə uşağa baxır. Əlindəki torpağı və evi keçmiş həyat yoldaşına verib. Həmçinin rəsmi və qeyri-rəsmi pul ödənişləri edib. Murad alimentlərin çekini də məhkəməyə təqdim edib. Məhkəmə bütün bunları, Muradın sosial vəziyyətini nəzərə almadan iki qadının sözlərinə görə ona həbs cəzası verib.
Keçmiş yoldaşı mənə elə gəlir ki, qisas almaq üçün bu addımı atıb. Murad mənə zəng edib dedi ki, maşına mindirib aparırlar, amma hara aparacaqlarını deməyiblər”.

Tehsil-press.az

Oxşar xəbərlər