
Belə ki, M. İbrahimov xəstəxanada müalicə alan həmkarını ziyarət edib. O, xəstəxanada foto çəkdirərək instaqram səhifəsində paylaşıb, C. Əkbərova şəfalar diləyib.
Qeyd edək ki, Canəli Əkbərov Tehsil-press.az-a müsahibəsində muğam müsabiqəsinin 5 münsifi- Sərdar Fərəcov, Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova və Mənsum İbrahimov haqqında sərt fikirlər səsləndirmişdi. O, M. İbrahimovun 90-ci illərdə hərbidən yayındığını qeyd etmişdi.
Tehsil-press.az