Tbilisidə etiraz aksiyası başa çatdı - Video

Tbilisidə etiraz aksiyası başa çatdı - Video Gürcüstan parlamenti qarşısında artıq 8-ci gündür ki, etiraz aksiyaları davam edir.
Mitinqçilər Daxili İşlər naziri Georgi Qaxarianın istefasını tələb edirlər.
Qaxaria isə bir qədər əvvəl açıqlamasında “Əgər mənim şəxsiyyətimin hakim komandaya hər hansı ziyanı dəyərsə, vəzifəmdən istefa verəcəyəm” deyib.
Tbilisidə keçirilən etiraz aksiyası hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin biznes mərkəzi yaxınlığında başa çatıb.
Aksiyaçılar rəmzi sarı kartlar göstərərək "Get!" şüarı səsləndiriblər.





Tehsil-press.az

Oxşar xəbərlər