İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 30-da inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.
İmtahan Bakı şəhərində təşkil olunub.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat davam edəcək. İmtahanların idarə olunmasında 6 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 172 nəzarətçi müəllim, 6 bina nümayəndəsi iştirak edir.

DİM-in Mətbuat Xidməti

Oxşar xəbərlər