Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək.
31 mart 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
İmtahan kompüter vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).
İmtahana qeydiyyat martın 6-dan 30-dək aparılıb və bu müddət ərzində 72 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər