Pakistanın cənubunda baş verən yol qəzasında on nəfər həlak olub, 24 nəfər yaralanıb. Bu barədə "Samaa" telekanalı xəbər verib. Məlumata əsasən, hadisə Şaxpur-Çakar şəhəri yaxınlığında Sanqxar diyarında baş verib. Yüksək sürətlə gedən avtobus arabaya çırpılıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.