Avtobus qəzasında 43 nəfər ölüb

Avtobus qəzasında 43 nəfər ölüb Şimali Hindistanın Himaçal-Pradeş vilayətində avtobus dərəyə düşüb.
Hadisə nəticəsində 43 nəfər həlak olub.
Məlumata əsasən, daha 30 nəfər xəsarət alıb.
Qeyd edilir ki, qəza zamanı avtobusda ən az 73 nəfər olub.
Ölənlərin çoxu dərsdən sonra kəndlərinə qayıdan məktəblilər və kollec tələbələridir.
Polis hadisənin səbəblərini araşdırmağa başlayıb. İlkin məlumatlara görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Tehsil-press.az



Oxşar xəbərlər