Suriyada iki avtomobil partladılıb, çox sayda ölən və yaralanan var (YENİLƏNİB)

Suriyada iki avtomobil partladılıb, çox sayda ölən və yaralanan var (YENİLƏNİB) Suriyanın İdlib şəhərində iki avtomobil partladılıb.
Bir neçə ton partlayıcı maddə ilə doldurulmuş avtomobil "Əl-Miri" supermarketinin qarşısında partladılıb. Partlayış nəticəsində azı 30 nəfər həlak olub və yaralanıb.
İkinci avtomobil İdlibdə fəaliyyət göstərən radikal qruplaşmalardan birinin qərargahının yaxınlığında partladılıb. Bu partlayış nəticəsində azı 20 nəfər həlak olub.
XXX
23:07
Suriyanın İdlib şəhərində güclü partlayış baş verib.
Partlayış nəticəsində azı 18 nəfər həlak olub, onlarla insan xəsarət alıb.
Təcili yardım briqadaları və xilasetmə xidmətini əməkdaşları xəsarət alanlar kömək etmək və dağıntılar altında qalanları çıxarmaq üçün hadisə yerinə cəlb olunublar.

Təhsil-press.az

Oxşar xəbərlər