Ağ Ev: Ankaranın S-400 sistemlərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir

Ağ Ev: Ankaranın S-400 sistemlərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması onun F-35 proqramında iştirakını mümkünsüz edir.
Bu barədə Ağ Evin mətbuat katibi Stefani Qrişemin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Təəssüf ki, Türkiyənin Rusiyanın S-400 zenit-raket komplekslərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir. F-35 kəşfiyyat məlumatların toplanması üzrə Rusiya platforması ilə birlikdə mövcud fəaliyyət göstərə bilməz".
Bundan əlavə qeyd edilir ki, ABŞ Ankaranın S-400 komplekslərini alması ilə bağlı məhdudiyyətlər nəzərə almaqlaTürkiyə ilə hərbi sahədə əməkdaşlığını davam etdirəcək.

Tehsil-press.az

Oxşar xəbərlər