“Verdiyimiz sözün üstündə dururuq” - Ərdoğan

“Verdiyimiz sözün üstündə dururuq” - Ərdoğan Ankara öz sözünü tutdu və Rusiyanın “S-400” zenit-raket komplekslərini aldı.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanında təşkil edilmiş mitinqdə çıxışı zamanı deyib.
“Bu barədə nə deyirdilər? Biz almayacağıq, bacarmayacağıq. Biz aldıq? Bəli! Biz - türklər verdiyimiz sözün üstündə dururuq”, - deyə Türkiyə lideri bildirib.
Ərdoğan daha sonra 2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyə xalqının öz cəsarəti və qəhrəmanlığı sayəsində ölkənin müstəqilliyi və gələcəyini qorumasından söz açıb.
"Mən iyulun 16-na keçən gecə ölkəmizin müstəqilliyi və gələcəyini qorumaq üçün tanklar, təyyarələr və güllələr qarşısına çıxan qəhrəman xalqımızı salamlayıram. Heç bir terrorçu təşkilat heç vaxt bizim birliyimizi, həmrəyliyimizi və qardaşlığımızı poza bilməyəcək", - ölkə başçısı qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər