
İstehlak mallarının ekspertizası və marketinqi, regionşünaslıq (Avropa ölkələri üzrə), turizm və otelçilik ixtisaslarının müsabiqəsində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlərlə yanaşı ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər də iştirak edə biləcəklər. İkinci kateqoriyadan olan abituriyentlər yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər.
Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasının müsabiqəsində isə yalnız ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər.
Bu ixtisasların tədrisi, karyera perspektivləri o cümlədən Azərbaycan Universitetinin fəaliyyəti haqqında ətraflı məlumat almaq istəyən, universitetin maddi-texniki bazası, auditoriya və laboratoriyalar ilə tanış olmaq istəyən abituriyent və valideynlər (+994 12) 431 41 12 (133) nömrəli telefonla əlaqə saxlayaraq əvvəldən qeydiyyatdan keçməklə “Açıq qapı” günlərində iştirak edə bilər, suallarını universitetin əməkdaşlarına, professor-müəllim heyətinə ünvanlaya bilərlər.
Azərbaycan Universitetinin bakalavriat pilləsinə qəbul ilə bağlı ətraflı məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür. http://www.au.edu.az/az/menu/352/bakalavriat-pillesine-qebul-2019
İctimaiyyətlə əlaqələr şöbəsi