Azərbaycan Universiteti 14 ixtisas üzrə qəbul aparacaq

Azərbaycan Universiteti 14 ixtisas üzrə qəbul aparacaq Azərbaycan Universiteti 2017/2018-ci tədris ili üçün bakalavriat pilləsinə aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir. Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi qaydalarla aparılır və bütün ixtisaslara dövlət sifarişi ilə qəbul olmaq mümkündür.
Azərbaycan bölməsi üzrə
I qrup Riyaziyyat Kompüter elmləri Kompüter mühəndisliyi
II qrup Dünya iqtisadiyyatı Mühasibat uçotu və audit Maliyyə İqtisadiyyat Menecment Marketinq Dövlət və bələdiyyə idarəetməsi
III qrup Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Tərcümə (İngilis dili) Tarix Sosial iş
Azərbaycan və rus bölməsi birgə (tədris ingilis dilində)
II qrup Dünya iqtisadiyyatı Mühasibat uçotu və audit Maliyyə
Rus bölməsi üzrə Kompüter mühəndisliyi Tərcümə (İngilis dili)
Qeyd1. Bütün ixtisaslar üzrə təhsilalma forması əyanidir. Qeyd 2. II qrup ixtisaslarından Maliyyə və III qrup ixtisaslarından Tərcümə (İngilis dili) istisna olmaqla bütün ixtisasların təhsil haqqı 2500 manatdır. Maliyyə və Tərcümə (İngilis dili) ixtisaslarının illik ödənişi 3000 manatdır. Qeyd 3. Marketinq və Sosial iş ixtisasları üzrə ayrılmış yerlərin müsabiqəsində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur. Qeyd 4. Tədrisi ingilis dilində olan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla təhsil müddəti 5 ildir.
Ətraflı məlumat üçün Abituriyent Məlumat Mərkəzi Tel: (+99412) 431 41 12 (133) Mobil: (+99455) 220 40 58 E-poçt: [email protected]
İctimaiyyətlə əlaqələr şöbəsi
Tel: (+99412) 431 41 12 (133) Mobil: (+99455) 220 40 58
www.au.edu.az www.facebook.com/AzerbaycanUnv www.youtube.com/user/AzerbaijanUnv www.twitter.com/AzerbaijanUnv

Mətbuat və informasiya şöbəsi

Oxşar xəbərlər