Gənc sahibkalar və startapçılar İsrailli eskpert ilə görüşdü

Gənc sahibkalar və startapçılar İsrailli eskpert ilə görüşdü İnnovasiyalar Agentliyinin və “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə 27 İyul tarixində 25-ə yaxın gənc startapçı və sahibkarlar İsraildən olan startap və akselerasiya mütəxəssisi Tal Catranla görüş keçirib.
Azərbaycanda olan biznes və startap ekosistemi ilə sıx əlaqədə olan cənab Catran həyata keçirdiyi növbəti səfərdə xüsusən sahibkarlar və startapçılarla görüş keçirərək onlarla fərqli mövzuda söhbət aparmağı seçib. Belə ki, Tal Catran görüşdə iştirak edən gənclərə öz təşəbbüslərində və biznesə başlarkən atdıqları səhv addımlardan bəhs edib. “Start it UP” adlı tədbirdə Tal Catran həmçinin sıfırdan biznesə başlayan təşəbbüskarların diqqətlə araşdırmalı və planlamalı olduğu mövzular ətrafında da dəyərli məsləhət verib.
Qeyd edək ki, Tal Catran İsraildə fəaliyyət göstərən TC Holdings platformasının qurucusu, biznesin inkişafı, fandreyzinq və idarəetmə sahəsində geniş təcrübəsi olan investor, peşəkar mentor və müxtəlif sahələr üzrə sahibkardır.

Sahib A. Gülməmmədov
İctimaiyyətlə Əlaqələr üzrə Menecer


Gənc sahibkalar və startapçılar İsrailli eskpert ilə görüşdüGənc sahibkalar və startapçılar İsrailli eskpert ilə görüşdüGənc sahibkalar və startapçılar İsrailli eskpert ilə görüşdüGənc sahibkalar və startapçılar İsrailli eskpert ilə görüşdü

Oxşar xəbərlər