Üçüncü Vaşinqton-Pxenyan sammiti keçiriləcəkmi? - Pompeodan CAVAB

Üçüncü Vaşinqton-Pxenyan sammiti keçiriləcəkmi? - Pompeodan CAVAB ABŞ və Koreya Xalq Demokratik Respublikasının liderləri – Donald Tramp və Kim Çen Inın üçüncü sammitinin keçirilməsi hələ planlaşdırılmayıb.
Bu haqda Vaşinqtonun İqtisadi klubunda çıxışında ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.
Eyni zamanda, dövlət katibi yaxın vaxtlarda işçi səviyyədə ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında konsultasiyaların yenilənməsinə ümidini ifadə edib.
“Sabah Asiyaya gedirəm. İki gün Bankokda olacağam. Ümid edirik ki, işçi səviyyədə müzakirələr çox tezliklə başlanacaq”, - Amerika xarici siyasət idarəsinin başçısı deyib.
Xatırladaq ki, birinci Vaşinqton-Pxenyan sammiti 2018-ci ilin iyununda Sinqapurda keçirilib. Sammitin sonunda birgə sənəd qəbul edilmişdi. Pxenyan Vaşinqton tərəfindən təhlükəsizlik zəmanətlərinə əvəz olaraq Koreya yarımadasının denuklearizasiyası üzrə öhdəlikləri öz üzərinə götürdü.
Koreya Xalq Demokratik Respublikası və ABŞ-ın ikinci sammiti bu ilin 27-28 fevral tarixlərində Hanoyda keçirildi. Tramp və Kim Çen Inın görüşü nəticəsiz başa çatdı və heç bir sənəd imzalanmadı.
30 iyunda Tramp və Kim arasında üçüncü görüş Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreyanın sərhədindəki silahsızlaşdırılmış zonada baş tutdu. ABŞ prezidenti görüşün nəticəsinə görə dəqiqləşdirdi ki, tərəflər 2-3 həftə ərzində işçi səviyyədə danışıqları yeniləməyi hesablayır.

Tehsil-press.az

Oxşar xəbərlər