Azərbaycan Xarici İşlər Nazirliyi Misirin paytaxtı Qahirədə törədilən terror aktında həlak olanların ailələrinə başsağlığı verib.
Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində qeyd edilib.
"Qahirədə avtomobildə bombanın partlaması nəticəsində ölənlərin ailələrinə dərin başsağlığı diləyir, terror aktı nəticəsində yaralananlara isə tezliklə sağalmağı arzu edirik. Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini pisləyir", - XİN bildirib.
Tehsil-press.az