Magistrlərin 95,6 faizi ilk turda UNEC-i seçib

Magistrlərin 95,6 faizi ilk turda UNEC-i seçib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) bu tədris ilində plan yerlərinin 99 faizinə (518 nəfər) magistr qəbulu həyata keçirilib.
Magistrlərin 95,6 faizi ilk turda UNEC-i seçiblər. Tədris prosesində dünyanın nüfuzlu universitetlərinin məzunları, iş dünyasının tanınmış simaları və UNEC-in 120-dək təcrübəli müəllimi iştirak edəcək.
Magistrlərin UNEC ilə yanaşı, Avropanın və Türkiyənin nüfuzlu universitetlərinin diplomlarını almaq imkanı var. Bu istiqamətdə Litvanın Mykolas Romerus, Türkiyənin Süleyman Dəmirəl, Makedoniyanın Beynəlxalq Vizyon universitetləri ilə ikili diplom proqramları həyata keçirilir.
Qeyd edək ki, BMDM-də tədris 11 ixtisas 39 ixtisaslaşma üzrə Azərbaycan, türk, rus və ingilis dillərində həyata keçirilir. BMDM-i ali təhsilin magistratura pilləsi üzrə yeni təhsil standartlarının modernləşdirilməsinin təşəbbüskarı olmaqla yanaşı, bu standartlarla ölkəmizdə fəaliyyət göstərən ilk mərkəzdir.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər