
Bu barədə Tehsil-press.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edir ki, ermənipərəst mövqeyi ilə tanınan deputat V.Simeonovun bu, ölkəmizin işğal edilmiş ərazilərinə 3-cü qanunsuz səfəridir, onun adı 2016-cı ildə həyata keçirdiyi icazəsiz səfər nəticəsində “işğal edilmiş ərazilərimizə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşları” siyahısına daxil edilib:
"Deputat Y.Apostolova gəldikdə isə, ölkəmizin işğal olunmuş ərazilərinə icazəsiz səfər edən digər xarici ölkə vətəndaşlarının halında olduğu kimi, onun da bu səfəri eyni hüquqi nəticələri doğuracaq".
Tehsil-press.az