CBS News: ABŞ-ın İran siyasəti uğursuzdur

CBS News: ABŞ-ın İran siyasəti uğursuzdur ABŞ-ın CBS News telekanalı rəsmi Vaşinqtonun İrana qarşı Fars körfəzində hərbi donanmadan ibarət koalisiya yaratmaq cəhdinin uğursuzluğa düçar olması haqqında reportaj yayımlayıb.
Reportaj müəllifləri Amerikanın daim 2 müttəfiqinin olduğunu bildirib. Qeyd olunub ki, Vaşinqtonun koalisiya yaratmaq istəyini yalnız Böyük Britaniya və İsrail dəstəkləyib. Avropa və Asiya qitələrində heç bir dövlət bu fikri dəstəkləmir. Hətta Almaniya bəyan edib ki, ABŞ-ın növbəti avantürasında iştirak etmək niyyətində deyil. Bu faktlar onu göstərir ki, ABŞ beynəlxalq izolyasiyaya düşüb. Amerikanın siyasətini artıq heç bir dövlət dəstəkləmir.
Telekanal, ümumilikdə ABŞ-ın İrana qarşı siyasətini uğursuz adlandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər