İtkin pişik 11 il sonra evə qayıtdı

İtkin pişik 11 il sonra evə qayıtdı ABŞ-ın Nyu-York şəhər sakini Meqqi Uelzin 11 il əvvəl itkin düşən pişiyi geri qayıdıb.
Bu barədə ölkənin ABC7 telekanalı məlumat yayıb.
Bildirilir ki, qadının "Tiger" ləqəbli pişiyi evin açıq qapısından çıxaraq gedib. Meqqi Uelz pişiyin itkin düşməsindən narahat olsa da, o, heyvanın gec-tez evə qayıdacağına əmin olub.
Qeyd edək ki, pişik yoxa çıxdıqdan sonra ailə həmin evdən köçüb və evin yeni sahiblərinə bu barədə məlumat verib. Pişiyi isə heyvanlar üçün sığınacağın əməkdaşı Kerol O'Konnell tapıb. Bu işdə ona pişiyin üzərində olan GPS yardım edib. İtkin pişik 11 il sonra Meqqi Uelzə qovuşub.

Tehsil-press.az

Oxşar xəbərlər