İtkin düşən alpinistlərlə bağlı yeni - Açıqlama

İtkin düşən alpinistlərlə bağlı yeni - Açıqlama Bu gün səhər saatlarından itkin düşən alpinistlərin axtarışı yenidən başlayıb.
Bu barədə Tehsil-press.az-a “Gilavar” klubunun rəhbəri Ziya Qasımov məlumat verib. O, bildirib ki, axtarışlar müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə yüksək səviyyədə davam etdirilir: “Müəyyən izlərə rast gəlinib. Amma biz hələ bilmirik ki, bu izlər onlara məxsusdur, ya yox? Gün ərzində məlumatlar dəqiqləşdiriləndən sonra ictimaiyyətə məlumat veriləcək”.

Tehsil-press.az

Oxşar xəbərlər