Bakıya dünyanın ən bahalı avtomobili gətirildi

Bakıya dünyanın ən bahalı avtomobili gətirildi Dünyanın ən bahalı avtomobillərindən biri Bakıdadır.
Bu barədə Feysbuk sosial şəbəkəsində "Cars in Baku" səhifəsi məlumat verib.
12 milyon 800 min dollar qiyməti olan “Rolls-Royce Sweptail” paytaxtımıza tranzit olaraq gətirilib.
Çinli iş adamına məxsus avtomobil hazırda “Baku Cargo Terminal”ında saxlanılır.
Avtomobil sözügedən şəxs üçün individual olaraq 1 nüsxədə hazırlanıb. Onun avtomobil kolleksioneri olduğu deyilir.

Tehsil-press.az

Oxşar xəbərlər