BSU-da ağıllı lövhələrdən istifadə qaydaları ilə bağlı təlim keçirilib

BSU-da ağıllı lövhələrdən istifadə qaydaları ilə bağlı təlim keçirilib Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasınn təşkilatçılığı ilə ağıllı lövhələrdən istifadə qaydaları ilə bağlı təlim keçirilib. Təlimdə kafedranın lborant və müəllimləri iştirak ediblər.
Elektron idarəetmə resursları şöbəsinin müdiri Nurlan Məmmədov treninq iştirakçılarına dərs zamanı auditoriyada ağıllı lövhələrdən istifadə qaydaları, mühazirələrin youtube. Com.-da yerləşdirmə üsulları barədə məlumat verib. Şöbə müdiri ağıllı lövhə üzərində müəllimlərə praktik qaydada bir çox funksiyaları izah edib.
Qeyd edək ki, kafedra üçün nəzərdə tutulmuş təlimlər iki gün davam edəcək.

BSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər