Birinci sinfə qəbulla bağlı təlim

Birinci sinfə qəbulla bağlı təlim Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair təlim keçirilib.
Təlimdə Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi və Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşları, həmin regionlarda fəaliyyət göstərəcək alternativ qeydiyyat mərkəzlərinə təhkim olunmuş məsul şəxslər iştirak ediblər.
Təlim zamanı BŞTİ-nin İnformasiya təminatı sektorunun nümayəndələri tərəfindən birinci sinfə şagird qəbulunun mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilməsi qaydaları ətraflı izah edilib. Eyni zamanda, qeydiyyatdan keçə bilməyən valideynlərin müraciətlərinin cavablandırılması və uşaqların yaş kateqoriyası nəzərə alınmaqla vətəndaşların yönləndirilməsi məsələləri barədə geniş məlumatlar verilib.
Həmçinin təlim iştirakçılarına online qeydiyyatdan keçirilə bilməyən sənədlər vasitəsilə elektron qeydiyyatın aparılması prosesi də göstərilib.
Sonda təlim iştirakçılarını maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər