Rusiya ekspediyası Frans-İosif Torpağında ümumi sahəsi 200 kv.km-ə yaxın olan ada və boğaz aşkarlayıb. Bu barədə “RİA Novosti” donanmanın nümayəndəsi Vadim Serqaya istinadən yazıb.“Yeni subyektlər xəritədə qeyd edilib, məlumatlar dənizçilərə çatdırılacaq, daha sonra bütün rəsmi xəritərələrə düzəlişlər ediləcək”, - Şimal donanmasından bildirilib.
Rusiya araşdırmaçıları hesab edir ki, yeni adaya ad verilməsi zəruri deyil. Bununla bərabər, onlar boğaza ad seçilməsi ilə bağlı müsabiqə keçirməyi planlaşdırır.
Tehsil-press.az







