261 nömrəli məktəb-liseydə “Bilik günü”

261 nömrəli məktəb-liseydə “Bilik günü” “Bilik günü” münasibətilə 261 nömrəli məktəb-liseydə tədbir keçirilib.
Məktəbin direktoru Abuzər Əsədov sevinc və həyəcan içində olan şagirdlərə yeni tədris ilində uğurlar diləyib. Sonra müəssisə rəhbəri yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri uğurlardan bəhs edib.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev yeni tədris ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb. Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə islahatların uğurla həyata keçirildiyini bildirən idarə müdiri Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısından danışıb.
Rəşad Tağıyev şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı diləyib.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər və bu sahədə rayonda həyata keçirilən tədbirlərdən söz açıb.
Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Birincilərin ifasında şeirlər səsləndirilib.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər