Bakıdakı 209 nömrəli məktəbin 55 illiyi qeyd olunub

Bakıdakı 209 nömrəli məktəbin 55 illiyi qeyd olunub Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsindəki 209 nömrəli tam orta məktəbin 55 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru Arizə Mahmudova təhsil ocağının keçdiyi inkişaf yolundan, məktəbdə fəaliyyət göstərən təcrübəli pedaqoji kollektivdən və şagirdlərin təhsildə qazandıqları uğurlardan bəhs edib.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova əlamətdar gün münasibətilə məktəb kollektivini təbrik edib, təhsil sahəsində aparılan uğurlu islahatların nəticələrindən danışıb.
Məktəbin ictimai həyatında xüsusi fəallıq göstərən müəllimlərə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim olunub.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Hüseyn Şərifov
[right][/right]

Oxşar xəbərlər