İraqda terrorçu-kamikadze özünü partladıb: 13 ölü, 22 yaralı

İraqda terrorçu-kamikadze özünü partladıb: 13 ölü, 22 yaralı İraqın Anbar əyalətində yerləşən Hit şəhərində terrorçu-kamikadze özünü partladıb.
Təhsil-press.az-ın verdiyi məlumata görə, partlayış nəticəsində azı 13 nəfər həlak olub, 22 nəfər isə yaralanıb.
Məlumata əsasən, partlayış şəhərin mərkəzində məktəbin yaxınlığında baş verib. Bütün yaralılar xəstəxanaya çatdırılıb. Regionda fəaliyyət göstərən heç bir terror qruplaşması partlayışa görə cavabdehliyi öz üzərinə götürməyib.
Qeyd edək ki, ötən sutka ərzində İraqda İŞİD terror qruplaşması tərəfindən törədilən terror aktları nəticəsində 27 nəfər həlak olub, 100-dən artıq insan yaralanıb.

Təhsil-press.az

Oxşar xəbərlər