Bu gündən İranın Şərqi Azərbaycan və Ərdəbil vilayətlərinin orta məktəblərində Azərbaycan dilinin tədrisinə başlanılır

Bu gündən İranın Şərqi Azərbaycan və Ərdəbil vilayətlərinin orta məktəblərində Azərbaycan dilinin tədrisinə başlanılır Bu gündən etibarən İranın Şərqi Azərbaycan və Ərdəbil vilayətlərinin orta məktəblərində Azərbaycan dilinin tədrisinə başlanılacaq.
İranda yeni dərs ilinin başlaması ilə əlaqədar Təbrizdə mərasim keçirilib. Mərasimdə İranın Təhsil Nazirliyinin Şərqi Azərbaycan idarəsinin rəhbəri Cəfər Paşayi çıxış edib. O şagirdləri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib. Bildirib ki, cari dərs ilindən başlayaraq vilayətin məktəblərində Azərbaycan dili tədris olunacaq. Bunun üçün dərs vəsaitləri, tədris proqramı və dərsliklər hazırlanıb. Onun sözlərinə görə, hələlik Azərbaycan dili həftədə 2 dəfə tədris olunacaq. Gələcəkdə Azərbaycan dili dərslərinin saat həcmi artırılacaq.
İdarə rəhbəri onu da nəzərə çatdırıb ki, İran Konstitusiyasının 15-ci maddəsində ölkədə yaşayan hər bir xalqın öz dilində təhsil almaq hüququ təsbit edilib.
C.Paşayi prezident seçkiləri ərəfəsində namizəd olan Həsən Ruhaninin bu barədə söz verdiyini və sözünün üstündə durduğunu da nəzərə çatdıraraq, prezidentə və hökumətə minnətdarlıq ifadə edib.
Xatırladaq ki, İranda yeni dərs ili sentyabrın 23-də başlayır.

Tehsil-press.az

Oxşar xəbərlər