
Qara dəliklər kimi neytron ulduzlar da kainatda baş verən supernovalar (ulduz partlayışları) zamanı məhv olan ulduzların hissəcikləridir. Hər hansı bir ulduz partlayışa məruz qaldıqda onun qalıqlarının nüvəsi öz cazibə qüvvəsinin gücü altında dağılır. Bu qalıq kifayət qədər həcmli olarsa, o daha çox cazibə qüvvəsinə malik olan qara dəliklər əmələ gətirir. Kiçik kütləli qalıqların nüvəsi isə neytron ulduzu yaradır.
“J0740+6620” obyektinin diametri 30 kilometrə yaxındır. O, Günəşdən iki dəfə, Yer kürəsindən isə 722 dəfə ağırdır. Bu obyekt istilik-nüvə enerjisindən məhrum olan və yalnız öz daxili istilik enerjisi hesabına işıq saçan ağ cırtdan ulduzun ətrafında fırlanır. Bu ikili sistemdən Yer kürəsinə işıq isə 4600 işıq ili müddətində çatır, yəni aradakı məsafə 43,52 * 1015 kilometrdir.
Tehsil-press.az