Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.
Görüşdə Ceyhun Bayramov rəhbərlik etdiyi qurumun ictimaiyyətlə qarşılıqlı fəaliyyəti istiqamətində görülən işlərdən danışıb. Nazir bildirib ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında təhsillə bağlı məsələlərin həllində ictimai dəstək qazanılması üçün səmərəli icra mexanizminin formalaşdırılmasına xüsusi önəm verilir və yeni yaradılan İctimai Şura bu baxımdan əhəmiyyətli rola malik olacaq. Təhsil Nazirliyi yanında bu qurumun yaradılmasında əsas məqsəd qurumun fəaliyyətində şəffaflığı artırmaq, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı münasibəti gücləndirmək və maarifləndirmə işlərini genişləndirməkdir.
Görüşdə çıxış edən İctimai Şuranın üzvləri ictimaiyyət tərəfindən onlara göstərilən bu etimadı doğruldacaqlarını qeyd edib və Şuranın fəaliyyətinin təhsillə bağlı müxtəlif məsələlərin ictimai müzakirəsinin və həllinin daha səmərəli təşkilinə xidmət edəcəyini bildiriblər.
Sonra Şuranın fəaliyyətinin təşkilatı məsələləri müzakirə olunub.
Təhsil naziri İctimai Şura üzvlərinə üzvlük vəsiqələrini təqdim edib.

Mətbuat Xidməti

Oxşar xəbərlər