
Bu barədə Baş Prokuror Zakir Qaralov deyib. O bildirib ki, vətəndaşlar bu nömrəyə pulsuz zəng edə biləcəklər: "Həmin Çağrı Mərkəzini idarə edən şöbə prokurorları prokurorluq əməkdaşlarının qanunsuz əməlləri barəsində şikayətləri qəbul edəcəklər. Eyni zamanda prokurorluğun fəaliyyət istiqaməti üzrə konkret cinayət işləri, baxılan materiallar və digər şikayətlərin dinlənilməsi həyata keçiriləcək. Bütün proseslər auido yazı ilə təsbit olunacaq. Bütün zənglər Baş prokurora məruzə ediləcək. Baş prokuror hər bir ərizəyə görə qərarların icrası ilə bağlı müvafiq tapşırıqlar verəcək”.
Tehsil-press.az