ADPU-nun Tələbə Gənclər Təşkilatı İntellektual Çoxnövlülük üzrə "Müəllimlər günü kuboku" təşkil edib

ADPU-nun Tələbə Gənclər Təşkilatı İntellektual Çoxnövlülük üzrə Oktyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əsas tədris binasında ADPU Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə 5 Oktyabr Beynəlxalq Müəllimlər gününə həsr edilmiş intellektual çoxnövlülük üzrə turnir keçirilib.Yarışda universitetin paytaxtda təhsil alan tələbələri ilə yanaşı Quba, Cəlilabad, Şəki və Şamaxı filiallarında təhsil alan tələbələrdən ibarət komandalar da iştirak ediblər.
Turniri giriş sözü ilə açan ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev bu tipdə və miqyasda intellektual yarışların ADPU-nun tələbə təşkilatı tərəfindən təşkilindən məmnunluğunu bildirib,iştirakçı komandalara uğurlar arzu edib.
Yarışmanın ilk mərhələsində "Nə?Harada?Nə zaman? " oyunu üzrə ümumilikdə 18 komanda mübarizə aparıb. Turun nəticələrinə əsasən ilk 8 yeri tutan komandalar "Xəmsə" milli intellektual oyunu mərhələsinə vəsiqə qazanıb. Yekun nəticədə bütün komandaları qabaqlayan Bakı təmsilçisilərindən Fizika fakültəsininin tələbələrindən ibarət "Sirius" komandası yarışın qalibi olaraq çoxnövlülüyün kubokuna sahib olub.Cəlilabad filialını təmsil edən "Zəka" komandası II, Şəki filialının təmsilçisi "Anonim" komandası isə III yerin sahibi olub.
Qeyd edək ki, yarışa marağın çoxluğu nəzərə alınaraq növbəti həftə yeni partiyanın təşkili nəzərdə tutulur.

Taleh MİRZƏYEV


ADPU-nun Tələbə Gənclər Təşkilatı İntellektual Çoxnövlülük üzrə "Müəllimlər günü kuboku" təşkil edib

ADPU-nun Tələbə Gənclər Təşkilatı İntellektual Çoxnövlülük üzrə "Müəllimlər günü kuboku" təşkil edib



Oxşar xəbərlər