Qırmızı dənizdə İran tankeri partladı

Qırmızı dənizdə İran tankeri partladı Qırmızı dənizdə İrana məxsus tankerdə partlayış baş verib.
İnsident Səudiyyə Ərəbistanının Ciddə limanından təxminən 96 km məsafədə qeydə alınıb.
Bundan sonra gəmidə yanğın başlayıb, iki əsas tanker anbarına ziyan dəyib, dənizə külliq miqdarda neft tökülüb. Xəsarət alan yoxdur.
Tanker Milli İran Neft Şirkətinə məxsusdur.
Texniki mütəxəssislər artıq hadisənin səbəblərini araşdırırlar. Terror hadisəsi ehtimalı da istisna edilmir.

Tehsil-press.az

Oxşar xəbərlər