Çeçenistanın Şalin rayonunda istilikxanada partlayış baş verib. Məlumata əsasən, insident Geremençuk yaşayış məntəqəsində qeydə alınıb. Nəticədə 5 nəfər xəsarət alıb. Yaralılar xəsatəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.