Azərbaycanda saxta şprislər satılır - TƏHLÜKƏ

Azərbaycanda saxta şprislər satılır - TƏHLÜKƏ Hazırda bir çox yerlərdə saxta şprislər satılır.
“Bazarın bütün seqmentlərində saxta mallar var. Daxili İşlər Nazirliyinin içkilərlə bağlı işini yüksək qiymətləndirirəm. Hər kəs bu işə dəstək olmalıdır ki, proses davam etsin.
Eyni zamanda, saxta şprislər də satılır. Onların iki və üç hissəli olduğu üzə çıxıb. Belə ki, üç hissəli olan şprislər təhlükəlidir. Hazırda onların satış şəbəkəsini müəyyənləşdirmək üçün araşdırma aparırıq. Dövlət qarşısında bu məsələni qaldıracağıq. Hazırda təhlükəli şpirislər bazarın böyük bir hissəsini əhatə edib”, - deyə sədr bildirib.
Eyyub Hüseynov qeyd edib ki, hazırda saxta şprislərin satış yerlərini öyrənməyə çalışırlar:
“Əlimizdə məlumatlar olandan sonra lazımi orqanlara məlumat veriləcək”.

Tehsil-press.az

Oxşar xəbərlər