Kiyev Milli Linqvistika Universitetində türk filologiyasının öyrənən tələbələrin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü Marina Qonçaruk ilə görüşü keçirilib.
Görüşdə Azərbaycan multikulturalizmi konsepsiyası, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında informasiya təqdim edilib. Eyni zamanda, M.Qonçaruk tələbələrə Ukraynada “Azərbaycan multikulturalizmi sülh və tolerantlıq fundamental konsepsiyasıdır” mövzusunda esse müsabiqəsinin keçirildiyini də xatırladıb. Qeyd edib ki, müsabiqənin təşkilatçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir.
Qeyd edək ki, universitetdə Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz “SOCAR Energy Ukraine” şirkətinin dəstəyi ilə yaradılıb. Kiyev Milli Linqvistika Universitetinin Azərbaycan dili müəllimi və həmin mərkəzin müdiri İntiqam Şıxızadə bildirib ki, tələbələr Azərbaycan dili ilə yanaşı, xalqımızın mədəniyyəti və tarixini də öyrənir, yaxşı mütəxəssis olmaq üçün fundamental biliklərə və hazırlığa yiyələnirlər.
Universitetin türk filologiyası kafedrasının müdiri Tatyana Timkova bu ali təhsil ocağının Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlığının inkişaf etdiyini söyləyib. Onun sözlərinə görə, gələcəkdə Azərbaycan multikulturalizmi konsepsiyasının öyrənilməsinə daha çox diqqət yetiriləcək, Azərbaycan filologiyası üzrə ixtisaslaşmış tələbələr bu işdə daha fəal iştirak edəcəklər.
Tehsil-press.az