Bakı Ali Neft Məktəbində (BANM) 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunan “dəyirmi masa” keçirilib.
Ali təhsil ocağının prorektoru Ramiz Hümbətov Prezident İlham Əliyev tərəfindən cari ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladıb. Diqqətə çatdırılıb ki, tolerant dövlət kimi tanınan Azərbaycanda müvafiq sahədə dünya ölkələrinə nümunə olan siyasət həyata keçirilir.
Azərbaycanda mövcud tolerantlıq ənənələrindən danışan BANM-in neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev qeyd edib ki, ölkəmizdə bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinə daim eyni qayğı ilə yanaşılır.
Tədbirdə çıxış edən BANM-in ingilis dili və humanitar fənlər mərkəzinin dosentləri Ələmdar Şahverdiyev, Kəmalə Mehdiyeva Azərbaycanın tarixən tolerantlıq məkanı olduğunu bildiriblər. Qeyd edilib ki, tolerantlıq Azərbaycanın görkəmli şair və mütəfəkkirləri Nizami Gəncəvi, Məhəmməd Füzulinin yaradıcılıqlarında da tərənnüm olunub.
Sonda BANM-də təhsil alan xarici tələbələr Azərbaycan multikulturalizmi haqqında düşüncələrini bölüşüblər. Tələbələr deyiblər ki, Azərbaycandakı mövcud tolerant mühit onları valeh edir.

BANM-nin Mətbuat Xidməti