Azərbaycan Universitetində “Ulu Öndər” sənədli filmi nümayiş olunub

Azərbaycan Universitetində “Ulu Öndər” sənədli filmi nümayiş olunub Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr edilmiş “Ulu Öndər” sənədli filmi və eyniadlı mahnı təqdim olunub.
Elmi işlər üzrə prorektor, professor Yusif Qasımov tədbirin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə təşkil olunduğunu söyləyib. Qeyd olunub ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü və sifarişi ilə istehsal olunmuş film ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə fəaliyyətindən, gördüyü işlərdən bəhs edir.
Sonra tələbələr “Ulu Öndər” sənədli filmini izləyiblər.

Mətbuat Xidməti


Oxşar xəbərlər