ADNSU-da “Qarabağ Azərbaycandır!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

ADNSU-da “Qarabağ Azərbaycandır!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və ADNSU-nun təşkilatçılığı ilə təhsil müəssisəsinin tələbələri arasında “Qarabağ Azərbaycandır!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Müsabiqə ilə bağlı tədbirdə çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu vurğulayıb. Bildirilib ki, bu gün Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub. Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışan deputat ölkəmizin sürətlə inkişaf etdiyini deyib. M.İbrahimqızı qəsbkar ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın tezliklə azad olunacağına əminliyini vurğulayıb.
ADNSU-nun prorektoru, dosent Ata Babayev müsabiqənin əhəmiyyətini qeyd edib, gənclərə tövsiyələrini verib.
Sonra inşa yazı müsabiqəsi başlanıb. Qaliblər müəyyənləşdiriləcək.

ADNSU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər