Dövlət müstəqilliyimiz tarixi nailiyyətimizdir

Dövlət müstəqilliyimiz tarixi nailiyyətimizdir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dövlət müstəqilliyimizin bərpasının iyirmi altıncı ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının tarixi əhəmiyyətini qeyd edib. Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında, dünyada nüfuzunun yüksəlməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışan rektor Ümummilli Liderin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini, ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı dövlət müstəqilliyimizin bərpasının böyük tarixi nailiyyət olduğunu diqqətə çatdırıb.
Milli Məclisin deputatı, professor Hüseynbala Mirələmov ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib, xalqımızın daha xoşbəxt, daha parlaq sabahına əminliyini bildirib.

ADNSU-nun Mətbuat xidməti


Oxşar xəbərlər