ADNSU-da “Məzun günü”

ADNSU-da “Məzun günü” Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2018-2019-cu tədris ilinin məzunları ilə görüş olub.
Tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı universitetdə təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən, qazanılan uğurlardan danışıb. ADNSU-da işəgötürənlərə gərəkli olan kadrlar yetişdirildiyini diqqətə çatdırıb.
Rektor məzunları təbrik edərək, onlara tövsiyələrini verib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı ölkədə aparılan təhsil islahatlarının əhəmiyyətindən bəhs edib, ADNSU-da yüksəkixtisaslı kadrlar yetişdirilməsinə önəm verildiyini bildirib.
Təhsilimizə göstərilən diqqət və qayğıdan danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə ADNSU-da bilikli və bacarıqlı mütəxəssislər hazırlandığını deyib.
SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayev vurğulayıb ki, ADNSU-nu bitirən gənclər istehsalat sahələrində bacarıqlı mütəxəssislər kimi diqqəti cəlb edirlər.
Təhsildə yüksək nəticələr əldə edən tələbələrə fərqlənmə diplomları təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.

ADNSU-nun Mətbuat Xidməti

ADNSU-da “Məzun günü”

Oxşar xəbərlər