Rusiyada aeroportda sərnişinlər təxliyə olundu

Rusiyada aeroportda sərnişinlər təxliyə olundu Rusiyanın Çita hava limanında sərnişinlər təxliyə olunub.
İnsidentə səbəb anonim zəng olub.
Zəng edən şəxs təyyarələrdən birinin göyərtəsində sahibsiz əşyanın olduğunu deyib. Zəngdən sonra İrkutsk reysində axtarışlar aparılıb.
Axtarışlar nəticəsində təhdidin əsassız olduğu müəyyən edilib. Hazırda anonim zəngin mənbəyi araşdırılır.
Sərnişinlərin yaxın müddətdə yola salınacağı deyilir.

Tehsil-press.az


Oxşar xəbərlər