Efiopiyada sərnişin təyyarəsi qəzaya uğrayıb - Bütün sərnişinlər ölüb + Yenilənib

Efiopiyada sərnişin təyyarəsi qəzaya uğrayıb - Bütün sərnişinlər ölüb + Yenilənib Efiopiya hava yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.
Əddis-Əbəbədən Nayrobiyə uçan təyyarə naməlum yerə düşüb.
Göyərtəsində 149 sərnişin və 9 ekipaj üzvünün olduğu təyyarənin düşdüyü yerin müəyyənləşdirilməsi istiqamətində axtarışlar aparılır.
Hadisədən sonra Əddis-Əbəbədə bəzi reyslər təxirə salınıb.
***
Şirkətn verilən məlumata görə, təyyarənin qəzaya düşdüyü yer tapılıb.
İlkin araşdırma nəticəsində göyərtədəki 157 nəfərin hamısının öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər