Autizm müasir dövrümüzdə tez-tez təsadüf olunan problem kimi özünəqapanma, real həyatdan uzaqlaşma, sosial münasibətlərdən yayınmalarla təzahür edir. Autizm 3 yaşından əvvəl başlamaqla ömür boyu davam edən, sosial münasibətlərə və ünsiyyətə ziyan vuran, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beynin inkişafını məhdudlaşdıran problemdir.
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qaliblərindən biri də Neftçala rayon İ.Babayev adına tam orta məktəbin psixoloqu T.Elmirin həyata keçirdiyi “Autizmli uşaqlara dəstək proqramı” layihəsidir. Layihənin məqsədi Neftçala rayon ərazisində autizm spektr pozuntularına malik olan uşaqları aşkarlamaq autizmin spektr pozuntularının təzahür xüsusiyyətlərini öyrənmək, onlarla psixodiaqnostik və psixokorreksiya işi təşkil edərək müsbət dəyişmələrə nail olmaqdır. Qeyd edək ki, autizm erkən yaş dövründə başlayan, həyat boyu davam edən sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyropsixiatrik bir pozuntudur.
Layihənin ilk ayı ərzində autizmin müxtəlif spektr pozuntularına malik uşaqlar aşkarlanmış və ilkin diaqnostikadan sonra məşğələlərə cəlb edilmişdir. Müraciətlər növbəlilik prinsipinə əsalanaraq indi də davam edir. Autizmli uşaqlarla psixoloji, loqopedik, fizioterapiya məşğələləri iki psixoloq, bir loqoped, bir fizioterapist tərəfindən keçirilir. Saglamlıq imkanları məhdud uşaqların valideynləri ilə söhbətlər keçirilmiş, məlumatlar toplanmışdır. Çünki, ailə uşağın inkişafında və təhsilində ən təsirli rolu olan faktorlardan biridir. Buna görə də, normal və ya qüsurlu olsun hər uşağın daxilində böyüyüb inkişaf edə biləcəyi, bəzi qayda və rolları yaşayaraq öyrənə biləcəyi ailə mühiti içində olmaq ehtiyacı vardır. Bunların xaricində, ailələrin bu problemlərlə mübarizə aparması zamanı yaşadıqları psixoloji narahatçılıqlar da ən böyük problemlər arasındadır.
Bu məqsədlə 01.10.2019 – cu il tarixdə region psixoloqları, loqoped, uşaq birliyi rəhbərləri və valideynlərlə dəyirmi masa ətrafında seminar keçirilmişdir. Seminarda noyabr ayı autizmlilərə kömək aylığı elan edilmiş və qarşıda duran vəzifələr ətraflı təhlil edilmişdir. Seminarda təhsil işçiləri autizmli uşaqların diaqnostikası, korreksiyası məsələləri ətraflı müzakirə edilmişdir.
Autizm fenomeni daxilində asılılıq və bağlılığı daşıyan bir fenomendir. Bundan əlavə valideynlərin də bu bağlılıq və asılılığı artırmağı yanlış olar. Uşaq gələcəkdə asılılığını davam etdirə biləcəyi bir şəxs tapa bilməyəcəyi üçün asılı həyat tərzində mümkün olduğu qədər erkən yaşda xilas olmaq, autistik uşaqların baxımından həyati bir önəmə sahibdir.
Uşaq tədris xaricindəki zamanının böyük qismini evdə keçirir. Bəziləri bu zamanı televiziya izləyərək, digərləri isə kompyuter arxasında sərf edir. Televiziya və kompyuter oyunları əsasən autizmli uşaqların marağını cəlb etməz. Buna görə də, bu uşaqların özlərinin edə biləcəkləri heç bir fəallıq olmadığı zaman, şiddətli formada mövcud stereotiplərini və takıntılarını davam etdirər. Bu səbəbdən, ailə üzvləri müalicə xaricindəki zamanlarda uşaqların özləri ilə tək başına qalmağına icazə verilməməlidir.Seminarda bu məsələlərlə bağlı valideynlərə məsləhətlər verilmişdir.
Həkim və valideynlərin Autizm Spektr Pozuntusu və digər inkişaf problemlərinin erkən simptomlarını ayırd etməsi həyatı əhəmiyyətə sahib olması xüsusi vurğulanmışıdır.
Tehsil-press.az