Noyabrın 26-da paytaxtda havanın temperaturu 14 dərəcəyə yüksələcək

Noyabrın 26-da paytaxtda havanın temperaturu 14 dərəcəyə yüksələcək Ölkə ərazisində noyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8°, gündüz 11-14° isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 769 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi şərq rayonlarında yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 2-7°, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2° dərəcə şaxtadan 3°-dək isti olacağı bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər