Azərbaycanda pensiya yaşına çatan şəxslər üçün ahıllar mərkəzləri yaradılacaq

Azərbaycanda pensiya yaşına çatan şəxslər üçün ahıllar mərkəzləri yaradılacaq Azərbaycanda pensiya yaşına çatan şəxslər üçün 10-dək ahıllar mərkəzinin yaradılması nəzərdə tutulur.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Nazir hesab edir ki, bu mərkəzlərin fəaliyyəti ölkə üzrə sosial xidmət şəbəkəsinin yaradılmasına böyük bir dəstəkdir.
Onun fikrincə, bu şəbəkə bütün rayonları əhatə etməlidir: "Ölkənin ən azı 60 rayonunda Ahıllar Mərkəzinin yaradılmasına çox ciddi ehtiyac var. Surdioloji Mərkəzlərin sayı cəmi 10-15-dir. Görmə qabiliyyəti zəif olan uşaqlar üçün Mərkəzlərin sayı da bu qədərdir. Bunların hər biri hər rayonda olmalıdır. Günərzi Mərkəzlərinin sayının 70 olmasına baxmayaraq, bu Mərkəzlərə ehtiyac dəfələrlə artıqdır. Bir Günərzi Mərkəzi yaxşı halda 30-50 uşağa xidmət edə bilir. Aydın məsələdir ki, 30-50 uşağa xidmət edən Günərzi Mərkəzi 1-2 kəndin ehtiyacını ödəyə bilir, bütöv rayonunsa ehtiyacını ödəyə bilmir. Ona görə də bütün təşəbbüsləri dəstəkləyirik və birgə əməkdaşlıq göstərməkdə maraqlıyıq. Düşünürəm ki, həm qanunvericiliyin inkişaf etdirilməsi, həm də ortaq layihələrlə bu seqmenti daha da artıra bilərik".

Tehsil-press.az

Oxşar xəbərlər